Modern.az

Londondan daha bir pis xəbər - Elnur Məmmədli də uduzdu

Londondan daha bir pis xəbər - Elnur Məmmədli də uduzdu

31 İyul 2012, 13:58

Bu gün London Yay Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha iki üzvü öz qüvvəsini sınayır.
Olimpiadada medal ümidlərimizdən biri Elnur Məmmədli (81 kq) ona bəslənən etimadı doğrultmayıb.

Dörd il öncə Pekində Olimpiya çempionu olmuş Elnur Məmmədli həmin uğurunu növbəti dəfə təkrarlamağı hədəfləmişdi. Həmyerlimiz mübarizəyə 1/32 finaldan başlayıb. Onun qızıl medal qazanmaq yolundakı ilk rəqibi isə Kanada cüdoçusu Antuan Valua-Forte olub.
E.Məmmədli bu rəqibi ilə görüşdə ciddi müqavimətlə üzləşib. Belə ki, həm əsas, həm də əlavə vaxtda cüdoçular hesabı aça bilməyiblər. Belədə qalibi hakimlər müəyyənləşdiriblər. Lakin çox təəssüf ki, referilər qələbəni Kanada idmançısına veriblər.

Digər cüdoçumuz Ramilə Yusubova isə mübarizəyə 1/16 finaldan başlayıb. Onun ilk rəqibi Türkmənistan idmançısı Gülnar Haytbayeva olub. Ramilə bu cüdoçunu məğlub etməyi bacarıb.   Qeyd edək ki, bu idmançılarımızdan öncə Olimpiadada artıq dörd cüdoçumuz öz çıxışını başa vurub. 60 kq-da İlqar Muşkiyev və Kifayət Qasımova (57 kq) elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşmışdı. Rüstəm Orucov (73 kq) 1/8 finalda uduzub. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurmuşdu.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!