Ermənistanda gərgin siyasi vəziyyət davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkə polisi müxalifət lideri Vazgen Manukyanın evinə daxil olub.
Onlar müxalifət lideri ilə danışaraq ona qanunu pozmaması barədə xəbərdarlıq ediblər.
Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan bu hadisənin qanun pozuntusu olduğunu deyib.