Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən məlumatına görə, aksiya iştirakçıları paytaxtın mərkəzindəki Respublika meydanına toplaşıb.
Etirazlarda iştirakçı sayı az olduğu üçün mitinq vaxtından əvvəl başa çatıb. Etirazçılar sabah aksiya iştirakçılarının sayının artırılmasına çalışacaqlarını bildiriblər.