Modern.az

Biliyin qiymətləndirilməsi üzrə testlərlər – UNEC-də təlimlər

Biliyin qiymətləndirilməsi üzrə testlərlər – UNEC-də təlimlər

23 Dekabr 2020, 19:27

Dövlət İmtahan Mərkəzi (DİM) və UNEC-in birgə təşkilatçılığı ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası ilə bağlı təlimlər keçiriləcək.

Modern.az xəbər verir ki, 25-29 dekabr tarixlərində keçiriləcək təlimlər DİM-in məsul şəxsləri tərəfindən aparılacaq.

 

Təlimlər aşağıdakı mövzularda olacaq:

25 dekabr

Tədris materiallarından (dərslik, mühazirə materialları, təqdimatlar) istifadə etməklə testlərin hazırlanması üsulları- Murad Əliyev, Orta təhsil üzrə sektor müdiri

26 dekabr

Testlərin formaları və onların tərtibində stilistik, orfoqrafik tələblər - Əlişirin Şükürov, Dövlət qulluğu üzrə sektor müdiri

27 dekabr

Tərtib olunmuş testlərin monitorinqi və ekspertizası- Natiq Əliyev, Yoxlama ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri

 

29 dekabr

Test bazası və onun yenilənməsinə olan tələblər”- Fuad Əhmədov, Statistik araşdırmalar və innovasiyalar sektorunun müdiri

 

 

Təlimlər UNEC-in rəsmi Facebook (www.facebook.com/unecedu) səhifəsi üzərindən canlı yayımlanacaq.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI