Modern.az

“2020-ci il Azərbaycan tarixinin çox mühüm səhifəsini təşkil edir” - Spiker

“2020-ci il Azərbaycan tarixinin çox mühüm səhifəsini təşkil edir” - Spiker

24 Dekabr 2020, 11:17

"Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin çox mühüm səhifəsini təşkil edir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisinn  bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. 

 

Sədr bildirib ki, Vətən müharibəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub:

 

“İşğaldan azad olunan torpaqlar, ərazi bütövlüyümüzün bərpa edilməsi qarşımızda çox mühüm yeni səhifələr açıb. Eyni zamanda pandemiya ilə mübarizə də davam edir. Ölkə həyatında müşahidə olunan yeni reallıq və çağırışlar 2021-ci il büdcəsinə təsir göstərməyə bilməzdi”.


Sahibə Qafarova deyib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.


O, İkinci Qarabağ savaşınının şəhidləri və qazilərinin ailələrinin məişət qayğıları barədə də danışıb:

« Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq».

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi