İyulun 31-də 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsində “Gilan Qəbələ Konserv Zavodu”nun “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başa çatıb.
Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynlinin APA-ya verdiyi xəbərə görə, hakim Xaliq İmanovun sədrlik etdiyi prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, zavodun iddiası təmin olunub. Belə ki, məhkəmə qəzetin 50 min manat təzminat ödəməsi, həmçinin qəzetdə təkzib verilməsi barədə qərar qəbul edib.