Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Azərbaycan-Ermənistan sərhəddində delimitasiya və demorkasiya prosesinin aparılmadığını deyib.
“Azərbaycanla sərhəddə baş verənlər nə delimitasiya, nə də demarkasiya prosesidir. Əsas məqsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Ermənistan dünya birliyi tərəfindən tanınan sərhədlərindən 1 santimetr belə geri çəkilməyib”-deyə Paşinyan əlavə edib.