London Olimpiadasında daha iki Azərbaycan idmançısı uğursuz çıxış sərgiləyib. Modern.az xəbər verir ki, ötən gecə boksçu, 64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacıəliyev London olimpiadasının 1/16 mərhələsində məğlub olaraq yarışı tərk edib. O, tunisli Huya Abdurrazzakına uduzub.
Ağırlıqqaldıranımız da Olimpiadanı məğlubiyyətlə tərk edib. Əfqan Bayramov birdənqaldırma yarışlarında podiuma ilk olaraq 142 kq üçün çıxıb və üç mərhələdə bunun öhdəsindən gələ bilməyib. Nəticədə o, təkanlaqaldırma yarışlarından da kənar qalıb və mübarizəni dayandırmalı olub.
Modern.az