Modern.az

Apteklərdə tapılmayan dərmanlar!

Apteklərdə tapılmayan dərmanlar!

24 Dekabr 2020, 17:04

İlk növbədə Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə təbrik edirəm, cansağlığı və uzun ömür arzulayıram.

 

Əhalinin fasiləsiz olaraq dərman vasitələri ilə təmin edilməsi dövlətin əsas prioritet vəzifələrindən biridir. Covid-19 xəstəliyinin artması nəticəsində o cümlədən həyati vacib dərmanlara tələbat günü-gündən artır.  Belə məqamda dərmanların tapılmaması və ya çox baha olması vətəndaşlarımızın haqlı narazılıqlarına səbəb olur. Gəlin unutmayaq ki, Dərman təhlükəsizliyi xüsusilə də koronavirus dönəmində ən vacib məsələdir.

 

Görəsən başlıca səbəb nədir?

 

Bazar qanunlarına görə tələb təklifi dəfələrlə üstələyəndə həmin məhsula tələbat dəfələrlə artdığından zavod istehsalı çatdırmır və nəticədə qiymətlər bahalaşır.

 

Digər bir səbəb odur ki, ölkəmizdə dərman istehsalı olmadığına görə  idxaldan asılıyıq.

 

Sonuncu səbəb isə 2015-ci ildən dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir və  dərmanların qiymətlər əvvəlkilərdən  4-5 dəfə aşağı düşüb bu da əhalimizin sosial vəziyyətinin  yaxşılaşmasına hesablanıb. Ancaq görünən mənzərə odur ki, qiymətləri tənzimlənən dərmanlar elə həmin andan apteklərdən yoxa çıxıb.

 

 Dərmanlara elə satış qiyməti təyin edilib ki, əczaçılıq sahəsi ilə məşğul olan sahibkarlar bir çox dərmanları və onların analoqlarını gətirmək nəinki qazanc gətirir hec xərclərini ancaq ödəyir və bu da bəzi xarici əczaçılıq nümayəndəliklərinin bağlanması və ya da sadəcə nüfuz xatirinə fəaliyyətlərini davam etdirilməsinə səbəb olub.

 

Bəs onda nə etməli?

 

Hesab edirəm ki, Hökümət dərman vasitələrinin qiymətlərinə yenidən baxmalı və ya da həyati vacib dərmanların qiymətlərini sərbəst buraxaraq əczaçılıq bazarının rəqabətinə verməlidir. Qoy bazar özü qiymətləri tənzimləsin.

 

Bütün sahibkar öz əlaqələrindən istifadə edib bacardıqları dərman vasitələrini gətirib mövcud dərman qıtlığını aradan qaldırmalıdır və Gömrük komitəsi də maneələr yaratmamalıdır.

 

Belə bir praktika hal-hazirda MDB ölkərində bir çox sahibkarlara icazə verilib ki, maneəsiz olaraq koronavirusla əlaqədar dərman vasitələri gətirsinlər.

 

Bazar qanunlarına görə apteklərdə axtarılan dərmanların analoqlarının sayı çox olarsa  bir o qədər  qiymət ucuz və əlçatan olar.

 

Dərmanla bağlı məsələlər vahid koordinasiya ilə idarə olunmalıdr. Cünki vətəndaşlarımızın dərmanla bağlı səhiyyə qurumlarına müraciəti zamanı bu məsələlərin onların səlahiyyətləri xaricində olduqlarını bildirirlər.

 

Vəziyyət dəyişməsə yenədə çətin vəziyyətə düşən vətəndaş, ancaq savab qazanan  və bəhrələnən isə fürsətçilər olacaqlar.

 

Nicat Xəlilov

Azərbaycan Tibb Universitetinin doktorantı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi