Modern.az

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpıldı

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpıldı

25 Dekabr 2020, 09:05

Bakıda yol qəzası olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Nazirliyin "112" qaynar telefon xəttinə Yasamal rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi