Modern.az

AzTV HD yayımına keçir - Rəsmi

AzTV HD yayımına keçir - Rəsmi

25 Dekabr 2020, 11:35

“Peşəkar işçi yaxşı maaş, yaxşı qonorar istəyir. 2019-2020-ci illər ərzində 4 milyondan çox vəsait əməkdaşlarımızın maaş və qonorarlarına əlavə edilib”.



Modern.az xəbər verir ki, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov illik onlayn mətbuat konfransında bildirib.

 

R.Məmmədov deyib ki, bu vəsait əməkdaşların rifah halının yaxşılaşdırılmasına sərf edilib”.



O, həmçinin əlavə edib ki, AzTV-nin HD yayıma keçməsi istiqamətində önəmli addımlar atılıb:



“Bu istiqamətdə işlər gedir və yanvar ayının ilk 10 günlüyündə efir otağında HD yayıma keçiləcək. Bu dövrdə 10-dan çox studiya təqdim etmişik. Televiziyanın uğurunun 60 faizdən çoxu gözəl studiyalarla bağlıdır. 4K sistemi ilə işləyən efir otağı yaratmışıq”.



Rövşən Məmmədov işğaldan azad edilmiş ərazilərimizdə AzTV-nin bürolarının yaradılması üçün işlərin aparıldığını da diqqətə çatdırıb. Telekanal rəhbəri ərazilərin minalardan təmizləndikdən sonra Qarabağda birbaşa fəaliyyət keçəcəklərini də əlavə edib.

 

“Hazırda ərazilər minalardan təmizlənir. Yalnız ərazilər tam təhlükəsiz olduğu zaman işğaldan azad edilmiş ərazilərimizdə həm AzTv-nin, həm də digər televiziyalarımızın müxbir postları yaradılacaq. İndiki vəziyyətdə yalnız videoyazılar vermək imkanlarımız var”.


Sədrin həmçinin Türkiyənin TRT kanalının istəyi ilə Azərbaycanda uşaq televiziyasının yaradılmasının nəzərdə tutulduğunu açıqlayıb:



“Bunun üçün həm hazırlıq, həm də heyət lazımdır. Nəzərə almaq lazımdır ki, uşaq televiziyası ən çox maliyyə tələb edən sahədir. Cizgi filminin 1 dəqiqəsi üçün 1500 manat tələb edilir. Xaricdən hazır məhsul alınması da mümkündür. Amma həmin cizgi filmlərində millilik olmayacaq. Bizim istəyimiz həmin cizgi filmlərində milliliyin olmasıdır”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi