Modern.az

Bakıda köçkünlərin yaşadığı bina yanıb

Bakıda köçkünlərin yaşadığı bina yanıb

Təhsil

1 Avqust 2012, 13:26

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın olub. Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qaçqın və məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli binada qeydə alınıb.

İlkin məlumatlara görə, yanğın binanın 4-cü mərtəbəsindən başlayıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olublar. Sakinlər arasında xəsarət alanların olmadığı bildirilir. Yanğın artıq tamamilə söndürülüb.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!