Naftalan şəhərinin icra başçısı Qarabağ qazilərini ziyarət edib.
Modern.az xəbər verir ki, icra başçısı ilə səmimi söhbət zamanı Qazilərimiz öz şərəfli döyüş yollarından bəhs ediblər. Möhtərəm Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfər münasibəti ilə, Qazilərimizi təbrik edən İcra Başçısı onların və ailələrinin problemləri ilə maraqlandı, Şəhid ailələri və Qazilərimizin Möhtərəm Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğuladı.
Ziyarət zamanı icra başçısı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə onları təbrik etdi və ailələrə kiçik sovqat təqdim edildi.