Modern.az

Əsəd müxalifəti hədələdi

Əsəd müxalifəti hədələdi

1 Avqust 2012, 13:44

Suriya prezidenti Bəşər Əsəd son günlər baş verən qanlı hadisələrlə bağlı açıqlama verib. Modern.az-ın xarici ölkə mətbuatına istinadən verdiyi məlumata görə, Əsəd yazılı açıqlamasında müxalifət qüvvələrini hədələyərək onlara qalib gələcəyini bildirib.

“Biz Suriya xalqının taleyini müəyyən etmək üçün düşmənlərlə müharibə aparırıq. Onlar əmin olsunlar ki, biz Suriya xalqının gələcəyini qorumaq üçün olara qalib gələcəyik”, - deyə B.Əsəd bildirib.

Əsədin sözlərinə görə Suriyanın gələcəyi məhz bu mübarizədən aslı olacaq.

Qeyd edək ki, Suriyada müxalifət qüvvələri ilə Əsəd tərəfdarları arasında bir neçə aydır ki, davam edən qanlı döyüşlər son bir neçə gündə kritik həddə çatıb.

Anar RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!