Modern.az xəbər verir ki, Cüdo yığmamızın üzvü Elxan Məmmədov (90 kq) London Olimpiadasında mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk görüşdə Kristof Lamberti (Almaniya) ilə qarşılaşıb. Həmyerlimiz ilk mübarizədə qələbə qazanmaqla, növbəti mərhələyə çıxıb. Onun rəqibi Dae-Nam Sonq (Cənubi Koreya) – Yuan Romero (Uruqvay) cütünün qalibi olacaq.
***