Modern.az

İradə Aşumovadan Londonda daha bir uğursuz çıxış

İradə Aşumovadan Londonda daha bir uğursuz çıxış

Təhsil

1 Avqust 2012, 14:52

XXX London Yay Olimpiadasının 10 metr məsafəyə atəşaçma yarışlarında uğursuz çıxış edən güllə atıcımız İradə Aşumovanın bu gün növbəti sınağıda uğursuz alınıb. Modern.az xəbər verir ki, "Afina-2004" olimpiadasının bürünc mükafatçısı Londondakı  ikinci cəhdində 25 m məsafədən dəqiqliyini yoxlayıb. Finala vəsiqə uğrunda 74 snayper mübarizə aparıb ki, onlar da 2 qrupa bölünüblər. Birinci qrupda yarışan İ.Aşumova final mərhələsinə yüksəlmək üçün ilk "8"likdə yer almalı olsa da, bunu bacarmayıb. İdmançımız  olimpiadanı 287 xalla 13-cü pillədə başa vurub.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü