Bir qədər öncə 2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarında 2000 metr məsafəyə yarımfinal keçirilib.
Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov finala çıxmaq üçün qüvvəsini sınayıb.
Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edəcək avarçəkənimiz finala vəsiqə uğrunda çinli Lianq Janq, argentinalı Santyaqo Fernandes, çexiyalı Ondrey Sinek, britaniyalı Alan Kempbel və belçikalı Tim Meyenslə mübarizə aparıb.
Finala vəsiqə qazanmaq üçün Aleksandrov mütləq bu qrupda ilk üçlüyə düşməliydi. Belə də olub. Avarçəkənimiz yarışı 3-cü tamamlayaraq filana adlayıb. Final yürüşü avqustun 3-də keçiriləcək.
Modern.az