“Yeni Müsavat” qəzetinə qarşı 8 məhkəmə çəkişməsi və bir neçə milyon manat cərimə iddiası var. Bunu Modern.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. Baş redaktorun sözlərin görə, bu işlərin 4-ü Müdafiə Nazirliyinin ən müxtəlif heyət üzvlərinə, digərləri isə nazirlər, nazir övladları və “Gilan-Holdinq” şirkəti ilə bağlı məhkəmələrdir.
“Hal-hazırda üzərimizdə bir neçə milyon manatlıq məhkəmə iddiası var. Təmin olunmuş iddialara görə cərimələrin məbləği 60 min manat civarındadır. Bunun 50 min manatını “Gilan-Holdinq” cərimə elətdirib. Bundan başqa 4 min manat Anar Məmmədovun işi ilə bağlıdır, 1500 manat isə Cəlal Əliyevin cərimləridir. Qəzetin üzərində bu cür icraata yönəlmiş məhkəmə qərarları var”.
Anar Kəlbiyev