Modern.az

Nazirlik köçkünlərin binasındakı yanğınla bağlı məlumat yayıb

Nazirlik köçkünlərin binasındakı yanğınla bağlı məlumat yayıb

Təhsil

1 Avqust 2012, 16:30

Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Modern.az FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğına üçüncü təhlükəlilik dərəcəsi təyin edilib. İlkin məlumata görə, binanın yanar konstruksiyaları 900 kv.m sahədə yanıbdır. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb. Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü