Modern.az

Təhsil Nazirliyi daha 334 müəllimi işə qəbul edib

Təhsil Nazirliyi daha 334 müəllimi işə qəbul edib

Təhsil

1 Avqust 2012, 16:40

30-31 iyul tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş növbəti imtahanların nəticələri məlum olub.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, imtahanların nəticələrinə əsasən, 181 nəfər biologiya və 153 nəfər kimya müəllimi seçdikləri təhsil müəssisələri üzrə işə qəbul olunub.

Qeyd edək ki, 1, 2 və 3 avqust tarixlərində isə riyaziyyat fənni üzrə 1483 nəfər namizəd 271 vakant yer uğrunda biliklərini sınayacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü