Şirvan kanalında batan Kəlbəcər rayonunun Zar kənd sakini Mehdiyev Mehtixan Mehdi oğlunun cəsədi hələ də tapılmayıb. Bu barədə Metixanın valideynləri Modern.az-a məlumat verərək Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını məsuliyyətsizlikdə günahlandırıblar.
Onlar bildiriblər ki, polis əməkdaşlarına və FHN-nin xilasedicilərinə Mehtixanın meyitinin kanaldan tapılması üçün dəfələrlə müraciət edilsə də, onlar əraziyə gələrək müxtəlif bəhanələrlə axtarış aparmaqdan boyun qaçırırlar. Uşağın valideynləri onun meyitinin çıxarılmamasından narazılıq ediblər.
Qeyd edək ki, Kəlbəcər rayonunun Zar kənd sakini Mehdiyev Mehtixan iki gün öncə Ağdaş rayonu ərazisində Şirvan kanalında batıb. Artıq iki gündür ki, onun tapılması istiqamətində axtarış aparılmaması kənd sakinlərinin də ciddi narazılığına səbəb olub.
Modern.az