Modern.az

Prezident Bakıda salınan yeni parkda olub

Prezident Bakıda salınan yeni parkda olub

1 Avqust 2012, 18:05

Prezident İlham Əliyev avqustun 1-də paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olub. Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda həyata keçirilən tikinti və yaşıllaşdırma işləri barədə dövlət başçısına məlumat verib. Ərazisi 25 min kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacağı vurğulanıb. Parkın qısa vaxt ərzində Bakı sakinlərinin istifadəsinə veriləcəyi bildirilib.

Həyata keçirilən tikinti-abadlıq işləri ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü