Modern.az

Bakı sakinləri Goranboyda cərimələndi

Bakı sakinləri Goranboyda cərimələndi

27 Dekabr 2020, 12:51

Goranboyda xüsusi karantin rejimini pozan Bakı sakinləri inzibati məsuliyyətə cəlb edilib.

 

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən  Bakı şəhər Qobustan rayon sakinləri  Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsusi icazəyə malik olmadan tərk etdiklərini aşkar edib.

 

Həmin şəxslər barəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat həddində cərimə edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi