İslam İnqilabı Keşikçiləri Korpusu öz ərazisindən İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib.
Modern.az bildirir ki, bunu İran mənbələrinə istinadən Küveytin “Əl-Qabas” qəzeti xəbər verir.
Nəşrin məlumatına görə, İraqa ötürülən Ərəş raketləri İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinə aiddir və dəqiq idarə olunan qısa mənzilli raketlərdir.