Modern.az

Azərbaycan bokçusu Olimpiadanın ¼ finalına çıxdı

Azərbaycan bokçusu Olimpiadanın ¼ finalına çıxdı

1 Avqust 2012, 19:42

Bu gün London Yay Olimpiadasında boks üzrə 1/8 final mərhələsinin görüşləri keçirilir. Azərbaycanın üç üzvü bu gün rinqə çıxır.

+91 kq-da mübarizə aparan Məhəmmədrəsul Məcidov Olimpiadaya məhz bu mərhələdən başlayıb. O, startda Konqodan olan Meji Mvanbanı mübarizədən kənarlaşdırmalıdı. Döyüşün ilk raundunu bizim boksçu qazanır - 8:1.  İkinci raundda da Məcidovun aşkar üstünlüyü qeydə alınıb. Belə ki, boksçumuzun güclü zərbələri qarşısında rəqibin hətta baş geyimi rinqdən kənara düşüb. Bunu görən hakimlər dərhal döyüşü yarıda dayandırıblar və qələbəni idmançımıza veriblər.

56 kq-da mübarizə aparan Məhəmməd Əbdülhəmidov da ilk döyüşünə çıxacaq. O, 1/4 finala çıxmaq üçün Satoşi Şimizunu (Yaponiya) mübarizədən kənarlaşdırmalıdı. Görüş gecə 01:15-də başlayacaq.
 
91 kq-dək boksçuların mübarizəsində Teymur Məmmədov Avstraliya təmsilçisi Tapu Opetayanı məğlub etməlidi. Bu görüş isə 01:30-da start götürəcək.

Qeyd edək ki, boks yığmamızın üzvlərindən Soltan Migitinov (75 kq) turnirə uğurla start verib və 1/8 finala yüksəlib. Lakin Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) elə ilk döyüşündəcə uduzub.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü