Modern.az

Qazaxda mal-qaranın oğurlanması araşdırılır

Qazaxda mal-qaranın oğurlanması araşdırılır

27 Dekabr 2020, 15:59

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı qadının mal-qarasının oğurlanması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.


Modern.az xəbər verir ki, DİN-in Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Report"un sorğununa cavab olaraq bildirib ki, videogörüntülərlə bağlı Qazax Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:


“Tezliklə araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Qazax rayonunun Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın videomüraciət edərək mal-qarasının oğurlandığını, lakin polis əməkdaşları tərəfindən araşdırmaların aparılmadığını deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi