Modern.az

İspaniyada ilk COVID-19 peyvəndi 96 yaşlı qadına vuruldu

İspaniyada ilk COVID-19 peyvəndi 96 yaşlı qadına vuruldu

27 Dekabr 2020, 16:45

Bu gün İspaniyada COVID-19-a qarşı peyvəndlərin vurulmasına başlanılıb.

 

Modern.az bildirir ki, peyvəndin vurulması dövlət televiziyası TVE tərəfindən canlı yayımlanıb. İlk peyvənd qocalar evinin 96 yaşlı sakininə vurulub.

 

Peyvənd vurulan Araceli Rosario Hidalgo Sanchez 1924-cü ildə anadan olub və 2013-cü ildən bəri Guadalajaradaki Olmos qocalar evində yaşayır. Onun bir qızı, bir oğlu, dörd nəvəsi var.

 

 

O, peyvənddən sonra bunları bildirib:

 

"Çox yaxşı, təşəkkürlər. Gəlin görək virusun getdiyinə əmin ola biləcəyikmi?”.

 

Bu gün İspaniyadakı digər qocalar evlərindəki tibb bacılarına da peyvənd vurulacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi