Peruda 5,7 maqnitudalı zəlzələ olub.
Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 246 min insanın yaşadığı İka şəhərindən 115 kilometr cənubda, ocağı isə 34 kilometr dərinlikdə yerləşib.