Modern.az

Avtobus qəzasında 60 nəfər öldü

Avtobus qəzasında 60 nəfər öldü

28 Dekabr 2020, 00:13

Kamerunun qərbində avtobusun yük avtomobili ilə toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə yerli “camer.be” portalı məlumat yayıb.

 

Qeyd olunub ki, yol qəzasında 60 nəfər ölüb. Paytaxt Yaunde istiqamətində hərəkət edən avtobusda 70 nəfər olub.

 

Sərnişinlərin əksəriyyəti yeni ili qarşılamaq üçün qohumlarının yanına gedirmiş. Hadisənin digər təfərrüatları açıqlanmır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi