Modern.az

Qarajda “Hyundai” yandı, 5 nəfər təxliyyə edildi

Qarajda “Hyundai” yandı, 5 nəfər təxliyyə edildi

28 Dekabr 2020, 09:12

Xaçmaz rayonunda yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.  

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. 

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi