Modern.az

Yaponiyada vulkan PÜSKÜRMƏSİ

Yaponiyada vulkan PÜSKÜRMƏSİ

28 Dekabr 2020, 09:24

Yaponiya hökuməti ölkənin cənub-qərbindəki Suvanose adasında Otake vulkanının püskürməsi ilə əlaqədar bir böhran qərargahı qurub. Vulkanın dərinliklərində partlayışlar baş verir, isti daşlar kül buludları ilə birlikdə kraterdən 1,3 km-ə qədər məsafəyə atılır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

 

İtki və dağıntı barədə məlumat verilməyib.

 

Suvanose, 49 nəfər əhalisi olan kiçik bir adadır. Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşir. Son dəfə vulkan 2009-cu ildə püskürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi