Modern.az

4 min gəncin içindən seçilib qalib oldular - VİDEO

4 min gəncin içindən seçilib qalib oldular - VİDEO

28 Dekabr 2020, 09:42

İctimai TV-də yayımlanan "Vətən Sağ Olsun -3 Xüsusi Tapşırıq" layihəsi başa çatıb.

 

Modern.az xəbər verir ki, layihə ərzində 4 000-dən çox gənc iştirak üçün müraciət etmişdi. Seçim turlarından keçən 10 gəncə "N" saylı hərbi hissədə hərbiçilər tərəfindən təlimlər keçirilib və xüsusi çağırışçı olan bu gənclər hər həftə verilən tapşırıqları icra ediblər.

 

Sonra yarışın finalçıları məlum olub. I yerdə Nurlan Hüseynov, II yerdə Ceyla Nagizadə, III yerdə isə Perviz Məmmədov qərarlaşıb.

 

Qalib finalçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və pul mükafatları ilə təltif ediliblər. Həmçinin yarışda iştirak edən 7 gənc də diplom və dəyərli hədiyyələrlə mükafatlandırıldılar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi