Modern.az

Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

Aktual

28 Dekabr 2020, 10:06

İranda zəlzələ hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, tektonik sınma Xuzistan əyalətində baş verib. 

 

Bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.  Qeyd olunub ki, ötən gecə 4 bal gücündə olan zəlzələ sözügedən əyalətin Hafkel rayonunda olub. 

 

Zəlzələnin 14 kilometr dərinlikdə baş verdiyi bildirilsə də, can və mal itkisinin olub-olmaması ilə bağlı açıqlama verilməyib.

 

Qeyd edək ki, ötən gün Türkiyənin Muğla bölgəsində də zəlzələ olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et