30 məcburi köçkün ailəsinə müvəqqəti sığınacaq verilib
“Dünən məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğından əziyyət çəkən 30 ailə müvəqqəti olaraq sığınacaqla təmin olunublar”. Bəs özləri
Modern.az saytına açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Onun sözlərinə görə, yataqxananın yaxınlığında məcburi köçkünlər üçün quraşdırılan çadırlarda yaşayış üçün hər cür şərait var.
“Həmin çadırlarda müvəqqəti yerləşdirilən məcburi köçkünlər 3 dəfə yeməklə təmin olunurlar. Eyni zamanda onlar tibbi təchizatla da təmin olunublar, qərargah yaradılıb və problemi olan məcburi köçkün ora müraciət edə bilər”.
Məsələnin nəzarətdə olduğunu deyən E. Qədimov yanğından zərər çəkən məcburi köçkünlərin daha sonra harada məskunlaşacağı barədə hələ məlumatın olmadığını bildirib. “Hələlik onlar çadırlarda yerləşdirilib, sonradan hansı addımların atılması barədə hələlik məlumat yoxdur. Olanda bu barədə ictimaiyyətə məlumat veriləcək” – deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Qeyd edək ki, dünən Bakının Binəqədi rayonu ərazisində qaçqın və məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli binada qeydə alınıb. Yanğına üçüncü təhlükəlilik dərəcəsi təyin edilib. İlkin məlumata görə, binanın yanar konstruksiyaları 900 kv.m sahədə yanıb.
Aytən Əliyeva