Modern.az

Olimpiadada Azərbaycan boksçusunun qələbəsi əlindən alınıb

Olimpiadada Azərbaycan boksçusunun qələbəsi əlindən alınıb

2 Avqust 2012, 12:08

Ötən gün London Olimpiadasında boks üzrə 1/8 final mərhələsinin görüşləri keçirilib. Azərbaycanın boksçusu, 56 kq-da mübarizə aparan Məhəmməd Əbdülhəmidov da ilk döyüşünə çıxıb. O, 1/4 finala çıxmaq üçün Satoşi Şimizunu (Yaponiya) mübarizədən kənarlaşdırmalıydı. Boksçumuz ümumilikdə 22:17 hesablı qələbə ilə 1/4 finala çıxıb.

Lakin Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) bu gün Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidov ilə yaponiyalı Satoşi Şimizunun London olimpiadasındakı 1/8 final görüşünün nəticələrini ləğv edib.  Əvəzində Şimizuya texniki nokautla qələbə verilib

AİBA-nın rəsmi saytında qeyd edilən məlumata görə, M.Əbdülhəmidov 3-cü raundda 6 dəfə yerə yıxılıb. Qaydalara əsasən, hakimlər ən azı 3 belə halı nəzərə almalıdırlar. AİBA qaydalarına əsasən, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir. Beləliklə, Yaponiya tərəfinin apelyasiyası qəbul olunub və döyüşün nəticəsi ləğv edilib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü