Modern.az

GUAM-a gələn il bu ölkə sədrlik edəcək

GUAM-a gələn il bu ölkə sədrlik edəcək

28 Dekabr 2020, 20:06

“2021-ci il Gürcüstan üçün çox məhsuldar və məsuliyyətli il olacaq. Gürcüstan gələn il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək GUAM-a sədrlik edəcək. Bu, bizim üçün çox qürurvericidir”.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani GUAM-ın Xarici İşlər Nazirləri Şurasının onlayn formatda keçirilən toplantısında söyləyib.

 

Nazir ölkəsinin GUAM-a sədrliyi dövründə görəcəyi əsas işlərdən danışıb. Bildirib ki, Gürcüstan 1 illik sədrlik dövründə təşkilat daxilində qarşılıqlı əlaqələri, siyasi, sektorlararası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsini, həmçinin insanlar arasında əlaqələrin dərinləşdirilməsini diqqət mərkəzində saxlayacaq.

 

Qeyd edək ki, Gürcüstan GUAM-a sədrliyi Azərbaycandan təhvil alacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi