Modern.az

Sumqayıtda piyadanı maşın vurub öldürdü

Sumqayıtda piyadanı maşın vurub öldürdü

Aktual

28 Dekabr 2020, 20:44

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

 

1960-cı il təvəllüdlü Həsənov Şamil Şahalı oğlunu “Lexus” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et