Modern.az

Teymur Rəcəbov heç-heçələrlə 1/4 finala çıxdı  

Teymur Rəcəbov heç-heçələrlə 1/4 finala çıxdı  

28 Dekabr 2020, 21:41

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə 3 qarşılaşma keçirib.

 

Modern.az xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.

 

Xal hesabını 6-ya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə 5-ci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi