Modern.az

Polis karantinlə bağlı qayda pozanlara məcburi ödəniş etdirir?

Polis karantinlə bağlı qayda pozanlara məcburi ödəniş etdirir?

28 Dekabr 2020, 21:53

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan şəxs müvafiq polis orqanına dəvət edilə bilər. 

 

Modern.az-ın məlumatına grə, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, inzibati xəta törətmiş şəxslərdən polis orqanında məcburi ödəniş, yaxud tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir. 

 

Həmin şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra protokol tərtib olunaraq sərbəst buraxılır. Tətbiq olunan cərimə protokolu üzrə ödənişlə bağlı polis vətəndaşa yerində ödəmə imkanının olub-olmaması ilə bağlı nəsə soruşması qanunvericiliklə ziddiyyət təşkil etmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi