Modern.az

Kadırov Qroznıdakı silahlı hücumdan danışdı

Kadırov Qroznıdakı silahlı hücumdan danışdı

Aktual

28 Dekabr 2020, 22:18

Qroznının mərkəzində baş verən atışma nəticəsində iki terrorçu məhv edilib, bir nəfər polis əməkdaşı ölüb, daha bir nəfər hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov öz teleqram kanalında məlumat yayıb.

 

R.Kadırov bildirib ki, mülki əhali arasında itki və xəsarət alan yoxdur.

 

Çeçenistan lideri həmçinin qeyd edib ki, asayiş keşikçilərinə hücüm edən silahlıların şəxsiyyəti müəyyənləşdirilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et