Modern.az

Şuşaya yeni polis rəisi TƏYİN OLUNDU

Şuşaya yeni polis rəisi TƏYİN OLUNDU

28 Dekabr 2020, 22:34

Şuşaya yeni polis rəisi təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəməv Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.

 

Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər