Avropa İttifaqı üzv dövlətlər və Böyük Britaniya arasında imzalanmış ticarət müqaviləsini təsdiqləyib.
Modern.az xəbər verir ki, müqavilə bu gündən etibarən qüvvəyə minir.
Britaniya parlamenti müqaviləni dekabrın 30-da təsdiqləyəcək.
Müqavilə Böyük Britaniyanın Aİ vahid bazarı və gömrük birliyindən çıxmasından sonrakı dövr üçün ticarət qaydalarını müəyyən edir.
Qeyd edək ki, dekabrın 24-də Böyük Britaniya ilə Avropa İttifaqı arasında ticarət sövdələşməsinin şərtlərinə dair razılıq əldə edilib.