Modern.az

Şəmkirdə gənc oğlan yol qəzasında öldü

Şəmkirdə gənc oğlan yol qəzasında öldü

28 Dekabr 2020, 23:11

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Könüllü kəndi ərazisində "VAZ" markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobillə toqquşub.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi