Modern.az

“Beşiktaş” ikinci pilləyə yüksəldi

“Beşiktaş” ikinci pilləyə yüksəldi

28 Dekabr 2020, 23:26

Bu gün futbol üzrə Türkiyə çempionatının XV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Sivasspor”u qəbul edib.

 

Modern.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə istanbullular rəqibin qapısından üç cavabsız qol keçiriblər. “Beşiktaş”ın qollarını Güvən Yalçın (18), Kayl Larin (84) və Oğuzxan Özyaqub (90+2) vurub.

Günün digər matçında “Gənclərbirliyi” doğma meydanda “Kayserispor”u 3:2 hesabı ilə məğlub edib. “Konyaspor” – “Rizəspor” matçında isə qalib müəyyənləşməyib -1:1.

Tura “Antalyaspor” – “Hatayspor” matçı ilə yekun vurulacaq.

 

Hazırda Türkiyə Superliqasına 29 xalla “Qalatasaray” başçılıq edir. 28 xal toplayan “Beşiktaş” ikinci, 27 xal toplayan “Alanyaspor” klubu isə üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda “Fənərbağça” istirahət edir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi