Modern.az

Ronaldo Levandovskiyə görə “İlin futbolçusu” mükafatından imtina etdi

Ronaldo Levandovskiyə görə “İlin futbolçusu” mükafatından imtina etdi

29 Dekabr 2020, 01:00

“Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo “Globe Soccer Fan”ın ona təqdim olunan “İlin futbolçusu” mükafatından imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

 

Mənbə yazır ki, portuqaliyalı ulduz “Bavariya”nın futbolçusu Robert Levandovskinin bu mükafata daha layiq olduğunu əsas gətirərək ondan imtina etmək qərarına gəlib.

 

Qeyd olunur ki, K.Ronaldo sözügedən qərarı verməmişdən əvvəl agenti Xorxe Mendeslə də məsləhətləşib, polşalı futbolçunun mövsümdə qazandığı uğurları nəzərə alaraq, onun bu mükafatı əldə etməyə daha çox layiq olduğu qənaətinə gəlib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi