Modern.az

“Hacı Zeynalabdin Bələdiyyəsi” düzəlmir ki, düzəlmir... - GİLEY

“Hacı Zeynalabdin Bələdiyyəsi” düzəlmir ki, düzəlmir... - GİLEY

29 Dekabr 2020, 08:52

"Şikayətim yenidən Hacı Zeynalabdin Bələdiyyəsindəndir. Qəsəbədə at oynadan idarələrdən biridir ki, indiki seçilən bələdiyyə sədri Əsli Qasımova və baş mühasib Teyyub Novruzov bir ildir 3 illik pensiya köçürmələrimi öz əllərində cəmləyiblər".

Modern.az xəbər verir ki, bu sözləri öz müraciətində 15 ildən artıq Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləmiş Elton Hacıyev yazır.

Narazı şəxs daha sonra bildirir: "2019-cu ilin oktyabr ayında məlum olmuşdur ki, 2014-2016 illər üzrə məcburi dövlət sosial sığorta olunanlar haqqında məlumatlar sistemə daxil edilməmişdir. Bu məsələ ilə bağlı araşdırmaların aparılması üçün bir ildir Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət etmişəm. Hətta Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini mərhum Sahib Quliyev tərəfindən "Hacı Zeynalabdin Bələdiyyəsinə müraciət edə bilərsiniz...", cavabı almışam. Lakin bu məsələ bu günə kimi öz həllini tapmayıb. Bələdiyyələrlə İş Mərkəzinə müraciət etmişəm, yönləndirilib Sumqayıt Regional Ədliyyə İdarəsinə. İdarə isə yönləndirir Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə və beləcə vaxt gedir. Sumqayıt Regional Ədliyyə İdarəsi də bu bələdiyyəyə sözünü keçirə bilmir ya da elə özünün da marağındadır ki, böyük pay Hacı Zeynalabdin Bələdiyyənin olsun".

Keçmiş bələdiyyə işçisi ehtimal edir, dəfələrlə qalmaqallı mövzularla gündəmi zəbt edən indiki sədrin işdə qalmasında kimsə ona "krişalıq" edir:

"Yəqin havadarı yaman güclüdür ki, heç kəs bu məsələ ilə bağlı tədbir görür. Başqa sözlə desək, bələdiyyə sədri Əsli Qasımova və baş mühasibi Teyyub Novruzov prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın vətandaşların problemlərinə necə yüksək həssaslıqla yanaşdıqlarını da gözardı edərək, faktiki surətdə dövlətə meydan oxuyurlar".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi