Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bugünkü iclasında kitabxanaların olmamasına toxunub.
Modern.az xəbər verir ki, deputat buna etirazını bildirib:
“Rayonlarda kitabxanalar yoxdur. Kitab oxumayan millətin gələcəyi olmaz”.
Sabir Rüstəmxanlı deputatı olduğu Yardımlı rayonunun Hamarkənd kəndinə qaz çəkilməməsinə də toxunub:
“Yardımlı rayonundan iki deputatıq. Musa Qasımlı və mən. Hamarkəndə qaz çəkilməsi üçün 3 km ara var. Sxem çəkilib, amma qaz çəkilməyib. Bunu çəkdirmək mümkün deyil?! Düşünürəm ki, 3 km-dən qaz çəkdirmək büdcəyə yük olmaz. Öz kəndinə qaz çəkdirməyən deputat millətin dərdinə necə çarə qılar?!”