Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) dövlət büdcəsində gələn il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon 30 min 160 manat məbləğində müəyyən edilib.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.
Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.