Modern.az

Dövlət Komitəsi boşanmaların səbəbini açıqladı

Dövlət Komitəsi boşanmaların səbəbini açıqladı

2 Avqust 2012, 15:18
2012-ci ilin ilk 6 ayı ərzində boşananların sayı artıb

Azərbaycanda boşanma hallarının sayı çoxalıb. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2012-ci ilin ilk 6 ayı ərzində boşananların sayı 2011-ci ilə nisbətən 0,1% artıb. Ölkədə yanvardan iyuna qədər nikaha girənlərin sayı 40,4 min nəfərdir. Amma boşananların sayı 5,4 mindir. Qeyd edək ki, 2011-ci ildə bu rəqəm 5,3 min nəfər olub.
Boşanma hallarının ildən-ilə bu qədər artmasının səbəbi nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədovanın sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerləri nikaha girən tərəflərin maddi maraq güdməsi, valideynlərin övladlarını evlənməyə məcbur etməsi və xarici görünüşə önəm verilməsi tutur.
Şöbə müdiri bildirib ki, ailə quranlar əsas meyarlara önəm vermirlər. “Qarşı tərəfin maddi vəziyyətinə, xarici görünüşünə önəm verir, həmçinin valideynlərin məcbur etməsi ilə nikaha girirlər. Nikaha girəndən sonra fərqli düşüncə və əxlaq sahibləri olduğu meydana çıxır və ailədə problemlər yaranır. Valideynlərin təkidi ilə ailə quranların əksəriyyəti qan qohumlarıdır. Qan qohumları arasında qurulan ailələrdə isə sonsuzluq və xəstə uşaqların doğulması kimi problemlər yaranır”, – şöbə müdiri deyib.

G. Məmmədova qeyd edin ki, sonsuzluq və xəstə uşaqların doğulması ər-arvad arasında müəyyən problemlər yaradır, onların psixoloji durumlarına təsir edir və bu da sonda həmin ailənin dağılması ilə nəticələnir.

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü