“Azadlıq” radiosunun əməkdaşı “Yeni Azərbaycan” qəzetinə qarşı

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl “Yeni Azərbaycan” qəzetini məhkəməyə verib. Səbəb isə adı çəkilən qəzetin onun barəsində birtərəfli yazılar dərc etdirməsidir.
Bu məsələ ilə bağlı
Modern.az-a danışan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, iyulun 31-də məhkəmənin birinci mərhələsinin keçirildi.
““Yeni Azərbaycan” qəzetinin nümayəndəsi də məhkəmədə iştirak etdi və öz fikirlərini çatdırdı”, – deyə baş redaktor qeyd edib.
Baş redaktor qeyd edib ki, bu məsələdə Xədicə İsmayılın iddiaları yersizdir.
“Əlbəttə, biz digər məhkəmələrdə də iştirak edəcəyik. Çünki özümüzü günahkar hesab etmirik, Xədicə İsmayılovanın iddiaları yersizdir. Onun bizə qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Növbəti məhkəmə iclasınin də nə vaxt olacağı hələ ki məlum deyil, amma biz yenə də iştirak edəcəyik və öz fikirlərimizi çatdıracağıq”.
Sevinc İltifatqızı